25 İyul 2016 15:43
477
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə erməni katolikosu II Qaregini Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi bəyanata uyğun davranmamaqda qınayıb.


Şeyxülislam bildirib ki, münaqişə başlayan dövrdən bəri sülhün bərqərar olunması naminə müxtəlif vasitəçilərin səyləri əsasında müxtəlif illərdə erməni dini liderləri ilə bir masa ətrafında əyləşib və və yenə bunu edə bilər. O qeyd edib ki, Rus Pravoslav Kilsəsi bu görüşlərin daha ardıcıl keçirilməsi və mövqelərin mümkün qədər uzlaşdırılmasına çalışıb: “Hər dəfə görüşlərin nəticələrinə dair birgə bəyanatlar imzalamışıq, lakin təəssüf ki, qarşı tərəf bu bəyanatların ruhuna uyğun davranış nümayiş etdirmir. Bununla belə, Rusiya patriarxının apreldəki təxribatdan sonra növbəti görüş təklifini müsbət dəyərləndirirəm. Erməni tərəfindən heç bir cavab yoxdur. Olacagı təqdirdə, bu məsələyə bir də qayıtmaq mümkündür”. (APA)


Müəllif:

Oxşar xəbərlər