Azərbaycanın İrandakı sabiq səfiri, Müsavat Partiyasının keçmiş üzvü, professor Nəsib Nəsibli Türkiyədə dərs deyəcək.
Bu haqda məlumat Teleqraf.com-a Nəsibliyə yaxın şəxslər tərəfindən daxil olub.
Məlumatda qeyd edilib ki, professor Nəsib Nəsibli növbəti tədris ilində Ankara Universitetində fəaliyyətə başlayacaq.
Məlumatda qeyd edilir ki, ötən tədris ilində professor Nəsib Nəsibli Türkiyənin Trabzon şəhərində fəaliyyət göstərən universitetlərdən birində mühazirələr oxuyub və elmi fəaliyyət göstərib.
Cavad