20 Avqust 2016 16:01
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan sivilizasiyalararası dialoqa mühüm töhfələr verir. Tolerantlıq məkanı kimi tanınan ölkəmizdə bütün azadlıqlar, o cümlədən vicdan azadlığı təmin edilib”.

Teleqraf.com-un məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Kamilə Əliyeva deyib.

Kamilə Əliyeva bildirib ki, Azərbaycanda din-dövlət münasibətləri ölkənin milli maraqlarına uyğun tənzimlənir. Onun sözlərinə görə, bu gün ölkəmiz dini-mənəvi dəyərlərin mühafizə edildiyi və vətəndaşlara konstitusion əsasda özlərinin vicdan və etiqad azadlıqlarından istifadə etməyə əlverişli şəraitin yaradıldığı ölkələr sırasında yer almaqdadır: “Bu sahədə dövlət özünün aşkar qayğısı və diqqəti ilə hər bir vətəndaşının dini, etiqad və vicdan azadlığının təmin olunması yönündə fundamental tədbirlər görməkdədir.

Belə ki, etiqad və vicdan azadlığının təmin edilməsinə dair müvafiq qanunların qəbul olunması, insanlara öz azadlıqlarından ictimai asayişə və əxlaqa, eləcə də milli maraqlara zidd olmayan formada yararlanmağa geniş şəraitin yaradılması fundamental tədbirlər sırasında yer almaqdadır”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər