Venesiya Komissiyası sentyabrın 26-da keçiriləcək referendumun predmeti olan Konstitusiyaya dəyişikliklər layihəsinə rəy üçün müraciət üzərində işləməyə hazırdır.
Bu barədə Avropa Şurası Venesiya Komissiyasının xarici əlaqələr üzrə sözçüsü Tatyana Mışelova bildirib.
T. Mışelova qeyd edib ki, son illər Azərbaycanla Venesiya Komissiyasıarasında çox məhdud əməkdaşlıq nəzərə çarpır: “Bu günə kimi də biz nə Azərbaycan rəsmilərindən, nə də Avropa Şurasının və digər beynəlxalq təşkilatların müvafiq orqanlarından Konstitusiyaya dəyişikliklər layihəsinə rəy verilməsi ilə bağlı sorğu almışıq”. (“APA”)