Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Bakıya oktyabrın əvvəlində gələcək.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun deyib.
Səfirin sözlərinə görə, Azərbaycan-Türkiyə əlaqələri həmişə olduğu kimi bundan sonra da bütün istiqamətlərdə inkişaf edəcək.
Diplomat vurğulayıb ki, Azərbaycana qarşı yönəlmiş istənilən təhlükə eyni zamanda Türkiyəyə yönəlib.