26 Oktyabr 2016 14:14
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov oktyabrın 26-da Qətər dövlətinin ölkəmizdə yeni təyin olunmuş səfiri Yusif bin Həsən əl-Sai ilə görüşüb.

FHN-dən Teleqraf.com-a verilən məlumata görə, Kəmaləddin Heydərov Yusif bin Həsən əl-Saini səfir təyin olunması münasibətilə təbrik edib, ölkələrimiz arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətində ona uğurlar arzulayıb.

O, Azərbaycanla Qətər hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın əlaqələrimizin daha da möhkəmlənməsinə yeni töhfələr verəcəyini vurğulayıb.

Nazir Qətər dövlətinin keçmiş Əmiri Şeyx Xəlifə bin Həməd Al-Taninin vəfatı ilə əlaqədar səfirə bir daha başsağlığı verib.

Ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu söyləyən səfir Yusif bin Həsən əl-Sai vurğulayıb ki, Azərbaycanda fəaliyyət göstərəcəyi müddətdə ikitərəfli münasibətlərin, o cümlədən Fövqəladə Hallar Nazirliyi ilə ölkəsinin uyğun qurumları arasındakı əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcək.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər