15 Noyabr 2016 19:28
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün Azərbaycanın əsas siyasi qüvvələri arasında heç bir problem yoxdur. Radikal mövqedə dayanan, xarici qüvvələrlə, xüsusilə, erməni lobbisinin təsiri altında olan ayrı-ayrı təşkilatlar ilə əməkdaşlıq edən və ciddi sosial bazası olmayan siyasi qüvvələr istisna olmaqla ölkəmizdə siyasi partiyalarla dövlət arasında həmrəylik, konstruktiv əməkdaşlıq mövcuddur. Bu isə Azərbaycanın siyasi mühitində mövcud olan mühüm uğurlardan biridir”.

Teleqraf.com xəbər verir ki, bunu Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib.

Deputat siyasi partiyalar arasında dialoqa ehtiyac olub-olmadığı haqda fikirlərini də açıqlayıb: “Dialoq və müzakirələr üçün sosial sifariş, həmçinin aktual problemlər olmalıdır ki, həmin məsələlərə dair fikir mübadiləsi aparılsın və ortaq məxrəc tapılsın. Bizim üçün fərqli fikir və mövqe ifadə etməyə ehtiyac yoxdur. Çünki Azərbaycan dövlətinin daxili və xarici siyasəti sırf milli maraqlar üzərində qurulduğuna və kifayət qədər uğurlu olduğuna görə hər hansı bir çəkişmə, fərqli fikir ifadə etməyə lüzum yoxdur. Ən böyük problem işğal edilmiş Azərbaycan torpaqlarının azad olunmasıdır. Bununla bağlı cəmiyyətdə hər hansı bir fərqli yanaşma, fikir ortaya çıxarsa, təbii ki, bununla bağlı dialoq və müzakirə aparmaq zərurəti yaranar. Bütövlükdə, Azərbaycanda dövlət, siyasi partiyalar və vətəndaşlar arasında ciddi həmrəylik mövcuddur ki, bu da müsbət amildir”.

Nemət


Müəllif:

Oxşar xəbərlər