“Amerika xalqı etimad göstərib, prezident seçib, mənim nəsə söyləməyimin nə əhəmiyyəti var axı?”
Teleqraf.com-un məlumatına görə, bu sözləri Nəqliyyat naziri Ziya Məmmədov Donald Trampın ABŞ prezidenti seçilməsi ilə bağlı gununsesi.info-nun suallarını cavablandırarkən deyib.
Ziya Məmmədov bildirib ki, bu, amerikalıların seçimidir: "Hər bir xalqın seçiminə hörmətlə yanaşılmalıdır".
Ziya Məmmədov əvvəlcə Trampla işbirliyinin olduğunu söyləyib, sonra fikrinə düzəliş verib: "Trampla işbirliyimiz var… İşbirliyimiz var deyəndə, oğlumla işbirliyi olub".
"Bu gün münasibətlər qalırmı?" sualına nazir belə cavab verib: "Onu oğlumdan soruşun. Mən bu barədə heç nə demək istəmirəm. Özündən soruşsanız daha yaxşı olar".