21 Fevral 2017 17:51
544
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov fevralın 22-də Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası (Türk Şurası) və Ahmet Yasevi Universitetinin təşkilatçılığı ilə Ankara şəhərində keçiriləcək “Xocalı soyqırımı, bəşəriyyətə qarşı cinayətlər və terrorizm” mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün Türkiyəyə işgüzar səfərə yola düşüb.

Teleqraf.com xəbər verir ki, konfransın açılış panelində Türk Şurasının Baş katibi Ramil Həsənov, Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarov və Mövlud Çavuşoğlu, eləcə də Türkiyə Baş nazirinin köməkçisi Toğrul Türkeşin çıxışı nəzərdə tutulub.

Səfər əsnasında nazir Elmar Məmmədyarovun həmçinin ikitərəfli görüşləri də planlaşdırılıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər