11 Aprel 2017 12:27
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında komitə sədri Arif Rəhimzadə ilə deputat Fəzail İbrahimli arasında mübahisə düşüb.


APA-nın xəbərinə görə, iclasda Azərbaycanda bələdiyyələrin yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı məlumatları dövlət reyestrindən ödənişsiz əldə edə bilmələri ilə bağlı məsələ müzakirə edilib. F. İbrahimlinin replikası komitə sədrinin iradına səbəb olub, nəticədə mübahisə yaranıb.


F. İbrahimli əvvəlcə A. Rəhimzadənin müzakirə olunan məsələni tələsik təqdim etdiyini deyib: “Biz bura niyə yığışmışıq? Hər şey belə hazır gəlib və qəbul olunursa, o zaman bizim burda nəsə deməyimizin heç bir mənası yoxdur. Biz deputatların dediyi onsuz da nəyi dəyişəcək ki? Kimdir bizim sözümüzə baxan?”

Onunla razılaşmayan A.Rəhimzadə deputata irad tutub: “Biz bura “ştamp vurmağa” yığışmamışıq. Fikirlərimiz lazımdır və onun üçün yığışmışıq”.

Komitə sədrinin sözünü kəsən F.İbrahimli yenidən hazırkı vəziyyətdə onların çıxışının əhəmiyyətsiz olduğunu bildirib: “Onsuz da siz nə deyirsiniz, biz də “baş üstdə” deyirik”.

Komitə sədri deputatın replikasına narazılığını bildirərək, sözünü kəsib.


Müəllif:

Oxşar xəbərlər