Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) rayon və təşkilatlarında konfransların keçirilməsi davam edir. Bu barədə Teleqraf.com-a partiyanın mətbuat xidmətinə məlumat verilib.
BAXCP-nin təşkilat şöbəsinin müdiri Xudeş Əsgərov bildirib ki, Ağstafa rayon təşkilatında keçirilən konfransda Mahir Məmmədov sədr, Hüseyn Aslanov Ali Məclisin üzvü, Masallı rayon təşkilatında keçirilən konfransda İntiqam Nuriyev sədr, Elşad Əliyev Ali Məclisin üzvü, İsmayıllı rayon təşkilatında keçirilən konfransda Yaqub Hacıyev sədr, Əhməd Tahirov Ali Məclisin üzvü, Bərdə rayon təşkilatında keçirilən konfransda Abış Hacıyev sədr, Hikmət Məmmədov Ali Məclisin üzvü, Gəncə şəhər təşkilatında keçirilən konfransda Emil Namazov sədr, Akif Qəmbərov Ali Məclisin üzvü seçiliblər.
Xudeş Əsgərov vurğulayıb ki, sözügedən rayonlarda və Gəncə şəhərində keçirilən konfranslarda yerli təşkilatların Nəzarət Təftiş Komissiyasının üzvləri də seçiliblər.
BAXCP-nin təşkilat şöbəsinin müdirinin sözlərinə görə, rayon təşkilatlarında konfransların keçirilməsi davam edir.
Cavad