24 Aprel 2017 12:57
2 172
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda məktəb direktoru faciəli şəkildə ölüb.

11:10

Yasamal rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə İnşaatçılar prospekti, 33A ünvanında qeydə alınıb. Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Polad Hüsnü oğlu Əjdərov yıxılaraq ölüb.

Polisdən bildirilib ki, P. Əjdərov məktəb direktoru olub. (apa.az)

***

Bakıda faciəli şəkildə ölən məktəb direktorunun ölüm səbəbi məlum olub.

Teleqraf.com-un məlumatına görə, Polad Əjdərov evin pəncərəsinin torunu təmir edərkən yıxılıb və hadisə yerində dünyasını dəyişib.

Bakı Şəhər Təhsil İdarəsindən verilən məlumata görə, Polad Əjdərov 2017-ci il martın 1-dən öz ərizəsi əsasında Bakı şəhəri 72 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən azad olunub.

Yasamal rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə İnşaatçılar prospekti, 33A ünvanında qeydə alınıb.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər