25 Aprel 2017 22:38
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəmən dünyada yardıma ən çox ehtiyacı olan ölkələrdən biridir

Bu gün İsveçrənin Cenevrə şəhərində Yəməndə davam edən humanitar böhranla əlaqədar yardımın göstərilməsi məqsədilə BMT-nin Yüksək Səviyyəli Donor Konfransı keçirilib.

Bu barədə Teleqraf.com-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Tədbirdə Azərbaycanı Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəri Əşrəf Şıxəliyev təmsil edib.

2017-ci ilin Azərbaycanda “İslam həmrəyliyi ili” elan edildiyi və ölkəmizin müsəlman ölkələri ilə İslam həmrəyliyi prinsipinə sadiqliyini nəzərə alaraq, genişmiqyaslı humanitar böhranın yaşandığı Yəmənə Azərbaycan Respublikası tərəfindən Donor Konfransı çərçivəsində maliyyə yardımı göstərilib.

Qeyd edək ki, hazırda Yəmən dünyada yardıma ən çox ehtiyacı olan ölkələrdən biridir. Bu ölkədə 2015-ci ilin mart ayından etibarən getdikcə artan münaqişə milyonlarla insanın həyat təhlükəsizliyini və fundamental haqlarını risk altına qoyaraq geniş böhranının yaranmasına səbəb olub. Yəməndə təxminən 19 milyon insanın yardıma ehtiyacı var.

Səxavət


Müəllif: Səxavət HƏMİD

Oxşar xəbərlər