Teleqraf.com xəbər verir ki, gecə saatlarında Türkiyə Polisinin Narkotiklərə Qarşı Mübarizə İdarəsi ölkə daxilində narkotik maddələrin ticarətini həyata keçirən şəxslərlə bağlı əməliyyatlara başlayıb.
Əldə edilən informasiyalar əsasında “Şəfəq” əməliyyatına başlayan polis Gümüşxana, Ərdahan da daxil olmaqla 907 fərqli ünvanlarda axtarış həyata keçirib. Nəticədə 913 nəfər şübhəli saxlanılıb.
Qeyd edək ki, əməliyyata polisin 1676 qrupu cəlb edilib. Ümumilikdə əməliyyatda 7 mindən çox polis iştirak edib.
Cavad