8 May 2017 15:53
1 145
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanıın Marneuli bələdiyyəsi sədrinin Qullar kəndi üzrə nümayəndəsi olan azərbaycanlı rüşvətə görə saxlanılıb.

APA-nın “apsny.ge” saytına istinadən verdiyi məlumata görə, Dövlət Təhlükəsizlik Xidmətinin Antikorrupsiya Agentliyinin apardığı operativ axtarış və istintaq tədbirləri nəticəsində bələdiyyə nümayəndəsi Qəşəm Qarayev həbs olunub.

İstintaq müəyyən edib ki, Q. Qarayev Gürcüstan vətəndaşı Georgi K. və Nepal vətəndaşı Aşoku K. adlı şəxslərə saxta arayış düzəltməyi vəd edib. Buna görə o, 5,5 min lari pul istəyib. O, 500 larini əvvəl, qalan qismini isə arayışı verərkən alıb. Pulu alarkən o, Antikorrupsiya Agentliyinin əməkdaşları tərəfindən saxlanılıb və pul dəlil kimi götürülüb. Faktla bağlı cinayət işi qaldırılıb.

Teleqraf.com


Müəllif:

Oxşar xəbərlər