Teleqraf.com xəbər verir ki, “KamAZ” markalı yük maşını hərəkətdə olarkən taxta ilə dolu yük yeri aşıb.
Nəticədə prospektdə “20 Yanvar” metro stansiyası istiqamətində əsas yol bağlanıb. Hazırda yolun təmizlənməsi üçün Dövlət Yol Polisi və “Azəravtoyol” ASC-nin əməkdaşları tərəfindən tədbirlər görülür.
Prospektin əsas yolunda hərəkət dayandırılıb.
/APA/