22 İyul 2017 20:44
1 229

Türkiyədə qeyri-adi hadisə baş verib. Qəza zamanı 30 qoyunu tələf olan çoban hadisə yerindən qaçıb.

Türkiyədə qeyri-adi hadisə baş verib. Qəza zamanı 30 qoyunu tələf olan çoban hadisə yerindən qaçıb.

Teleqraf.com xəbər verir ki, qardaş ölkənin Adana şəhərinin Suluca məhəlləsində səhər saatlarında şossedə avtomobil qəzası baş verib. Bahalı avtomobil yolu keçmək istəyən kiçik buynuzlu heyvanları vurub.

Avtomobil sürüyə girdikdənsonra təxminən 50 metr hərəkət edib. Nəticədə 30-dan çox qoyun və keçi tələf olub. Ən maraqlısı odur ki, qəzadan dərhal sonra çoban sağ qalan qoyunları toplayıb tarlaların arası ilə qaçaraq hadisə yerindən uzaqlaşıb. Qəza zamanı hər hansı bir xəsarət almayan sürücü hadisə yerinə polis dəvət edib və çobanın axtarışına başlanılıb.

Şossedə xeyli heyvanın ölməsi səbəindən yol bir müddət bağlı qalıb. Sonradan şəhər bələdiyyəsinin əməkdaşları yolu təmizləyib. Amma çoban tapılmayıb. Çobanı tapmaq və qəzanın səbəblərini aydınlaşdırmaq üçün tədbirlər görülür.


Müəllif: Cavad