Türkiyənin Şanlıurfa şəhərində səyyar ticarətlə məşğul olan Mehmet Malbora "dinimizdə bütpərəstliyə yer yoxdur" deyərək Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün Cümhuriyyət Meydanında ucalmış heykəlini dağıtmaq istəyib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, dəhrə ilə heykəli dağıtmaq istəyən Mehmet Malboranın hərəkətləri barədə dərhal polisə məlumat verilib. Hadisə yerinə gələn asayiş keşikçiləri radikal dindarı həbs ediblər.