31 İyul 2017 13:32
998
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhər saatlarında İranın cənub-şərqində güclü zəlzələ baş verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı İran fövqəladə hallar idarəsinin nümayəndəsi Möhsüm İbrahim açıqlama verib.

Onun sözlərinə görə, zəlzələnin episentri Naqan şəhərindən 2 kilometr aralıda, yerin 10 kilometr dərinliyində olub:

"Hadisə zamanı yaşayış evlərinin bəziləri dağılıb, bəzilərində isə çatlar meydana gəlib. Dağıntılar nəticəsində 25 nəfər xəsarət alıb. Onlardan 10-nun vəziyyəti ağırdır".

Zəlzələnin Rixter şkalası üzrə 5 bal gücündə olduğu bildirilib.


Müəllif: Samir

Oxşar xəbərlər