Suriyada kürd qruplaşmasının tərkibində İŞİD-ə qarşı döyüşən erməni kommunist Nubar Ozanyan öldürülüb.
Teleqraf.com erməni KİV-ə istinadla xəbər verir ki, 2015-ci ildən Suriyadakı döyüşlərdə aktiv iştirak edən Nubar Ozanyan avqustun 14-də vurulub.
Türkiyədə doğulan Nubar Ozanyan 1980-cilərdə Kommunist Partiyasının hərbi qanadına qoşularaq müxtəlif döyüş əməliyyatlarında iştirak edib.
Onun Qarabağ müharibəsində də iştirak etdiyi bildirilir.