18 Avqust 2017 01:20
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlin əvvəlindən bəri Hindistanın Qucarat ştatında azı 220 nəfər “donuz qripi” nəticəsində dünyasını dəyişib.

Teleqraf.com “Hindustan Times” qəzetinə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Daha öncə 75 nəfərin vəfat etdiyi bildirilirdi.

Avqustun 17-ə olan məlumata görə, bu il ərzində ştatda “donuz qripi”nə 2 mindən çox insanın yoluxması faktı qeydə alınıb, onlardan 220-i vəfat edib. 1,1 mindən çox insan hal-hazırda müalicə olunur.

Ölkənin qərbində isə ilin əvvəlindən bəri “donuz qripi” əlamətləri ilə 600 nəfərdən çox insan vəfat edib.

Bununla belə, Hindistanda “donuz qripi”ndən ən çox ölüm faktı 2015-ci ildə qeydə alınıb. Həmin il 40 minə yaxın infeksiya daşıyıcısından 3 minə yaxını ölmüşdü.

Hindistanda “donuz qripi” ilk dəfə 2009-cu ildə qeydə alınıb. Müxtəlif məlumatlara görə, həmin il pandemiya nəticəsində 1,8 mindən 2,7 minədək insan vəfat edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər