28 Avqust 2017 13:01
1 678
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulda otel otağında aparıcı-aktyor Vətən Şaşmazı 4 güllə ilə qətlə yetirən model Filiz Ağərin törətdiyi cinayətdən 3 saat əvvəl sosial şəbəkədə yazdığı statusu üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, aparıcını öldürdükdən sonra intihar edən keçmiş modelin son statusu belə olub:

“Yaşam, hər anın üçün sənə çox təşəkkür edirəm”.

Filizin bu ismarışı vida mesajı kimi yazdığı iddia olunur.
Qeyd edək ki, Vətən Şaşmazın öldürülməsinin səbəbi ilə bağlı ortaya atılan iddialardan biri də budur ki, aparıcı yatırım etmək üçün Filizdən bir ay əvvəl 1 milyon lirə (təxminən 500 min manat) borc alıb, lakin sonra onu geri ödəyə bilməyəcəyini deyib.


Müəllif: Könül

Oxşar xəbərlər