2 Sentyabr 2017 10:55
1 095
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Fövqəladə Hallar Nazirliyi parlament binasına bomba qoyulması barədə quruma zəng gəldiyi barədə informasiya yayıb.

Teleqraf.com rus mediasına istinadla xəbər verir ki, bu gün 06:56-da parlamentin binasına partlayıcı qurğu yerləşdirilməsi haqda məlumat gəlib. Zəngin Baqramyan prospekti 19 ünvanından daxil olduğu bildirilir.

Hadisə yerinə təhlükəsizlik qüvvələri cəlb olunub.

Qeyd edək ki, dünən Ermənistanın Nəqliyyat, rabitə və informasiya texnologiyaları nazirliyinin binasına bomba qoylduğuna dair xəbər yayılsa da, təsdiqini tapmamışdı.


Müəllif: Nərgiz

Oxşar xəbərlər