Rusiyada azərbaycanlı diaspor rəhbərlərindən biri, Tailand boksu üzrə dünya çempionu Ramil Canıyev güllələnib.
Teleqraf.com znak.com saytına istinadla xəbər verir ki, bununla bağlı Rusiya İstintaq Komitəsinin Kurçatov rayonu üzrə şöbə rəisi Yevgeni Mitroxin məlumat verib.
Onun sözlərinə görə, Canıyev evinin qarşısında güllələnib. Xəstəxanaya çatdırılsa da, diaspor rəhbərinin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanıb.
Cinayətin Ramilin yaxını Eldəniz Bağırov tərəfindən törədildiyi iddia edilir.