Rusiyada güclü küləklə əlaqədar 12 rayonda fövqaladə vəziyyət elan edilib.
Teleqraf.com rus mediasına istinadla xəbər verir ki, dünən saat 21:00-dan etibarən ölkədə hökm sürən qeyri-sabit hava şəraiti Kirov, Vladimir vilayətləri də daxil olmaqla 13,7 min sakini işıqsız qoyub.
Güclü küləyin 8 rayonda 150 ağacı yerindən çıxardığı, yol kənarındakı avtomobilləri yararsız hala saldığı bildirilir. Küləyin sürətinin saniyədə 25 metrə çatdığı, hadisə nəticəsində 15 nəfərin xəsarət aldığı deyilir.
Bu gündən etibarən elektrik enerjisinin bərpasına başlanılıb.