28 Sentyabr 2017 23:25
2 470
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın məşhur "Pleyboy" jurnalının təsisçisi və sahibi Huq Hefner 91 yaşında dünyasını dəyişib. "Pleyboy" jurnalının Tvitter hesabında yazılana görə, Hefner xəstəlik üzündən dünyasını dəyişib. Huq Hefnerin oğlu, Koper Hefner atasını "media öncülü", "ifadə azadlığı, vətəndaş hüquqları və cinsi azlıq müdafiəçisi" olaraq təsvir edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Hugh Hefner 1926-cı il aprelin 9-da ABŞ-ın İllinoys şəhərində anadan olub. 1944-1946-cı illərdə ABŞ ordusunda hərbi jurnalist kimi işləyib.

Huq Hefner 1950-ci ildə "Esquire" jurnalında müxbir olaraq işə başlayıb, lakin 1952-ci ilin yanvar ayında əmək haqqı vergisi cox olduğu üçün işdən azad edilib.

Huq Hefner 1953-cü ildə anasından aldığı 10 000 dollarla "Pleyboy" jurnalını təsis edib. Huq Hefner daha sonra Türkiyə də daxil olmaqla onlarla ölkədə jurnal dərc etdirib
"Pleyboy", dünyanın ən çox satılan kişi jurnalına çevrilib və ən yüksək satış tirajı Türkiyə kimi ölkələrdə hər ay 7 milyon nüsxə olub.

Hefner illər əvvəl "Vestvud Villa Memorial Park"da Merlin Monronun qəbrinin yanında özü üçün boş yer alıbmış.


Müəllif: Natiq

Oxşar xəbərlər