İraqda Mosul əməliyyatına komandanlıq etmiş general Mehri əl-Qarravinin edam edildiyi xəbəri yayılıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir k, general Qarravi İraqın sabiq baş naziri Nuri әl-Maliki dövründə Mosul əməliyyatına rəhbərlik edib.
Bağdadın “Asumaria Nevs” saytı İraq baş qərargahına aid bir sənəd yayıb. Sənəddə 2014-cü ildə İŞİD-in Mosulda ələ keçirdiyi general Qarravinin güllələnməklə edam edildiyi qeyd olunur.
Qeyd edək ki, general Mehri әl-Qarravi Mosulda İŞİD-in əlinə keçsə də, sonradan canını qurtara bilmişdi.