20 Noyabr 2017 11:04
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Baş naziri Benyamin Netanyahu iş adamlarından rüşvət və bahalı hədiyyə aldığı iddiası ilə öz iqamətgahında 6 dəfə sorğu-sual edilib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, polis baş nazirin Arnon Milçanın də aralarında olduğu bir neçə iş adamından bahalı zərgərlik malları, şampan və digər əşyalar almasından şübhələnir.

Bundan başqa, Netanyahunun biznesmen Milçanın ABŞ vizası almasına kömək etdiyi də iddialar sırasındadır.

General Koreş Barnour tərəfindən aparılan araşdırmada Netanyahuya avstraliyalı milyarder Ceyms Pakerin bağışladığı hədiyyələr də şübhəli hesab olunur.

Baş nazirin həyat yoldaşı Saraya verilən hədiyyələr də araşdırma prosesinə daxil edilib.


Müəllif: Cavad

Oxşar xəbərlər