NATO-nun Norveçdəki təlimləri zamanı baş verən və Türkiyəni narahat edən qalmaqal utancvericidir.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri İngiltərənin Ankaradakı səfiri Riçard Mor deyib:
“Türkiyəni anlayıram, ancaq bu, NATO-nun deyil, bir nəfərin işidir. NATO tez bir zamanda üzr istədi”.
Bundan başqa, Mor YPG-nin Rakkada İŞİD terrorçularına yardım etməsinə də münasibət bildirib:
“Bu məsələdən ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın xəbəri olub, ancaq qarşısını ala bilməyib”.
Mor Türkiyənin Rusiyadan S-400 sistemləri almasının Ankaranın şəxsi işi olduğunu qeyd edib:
“Bununla əlaqədar Türkiyənin NATO-dan uzaqlaşması ilə bağlı yayılan informasiyalar absurddur. Türkiyə NATO-nun etibarlı tərəfdaşıdır”.