ABŞ və Cənubi Koreya Hərbi Hava Qüvvələrinin bu gün başlatdığı genişmiqyaslı birgə təlimlərdə gözlənilməz hadisə baş verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, təlimlər zamanı ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcı xarab olub.
Məlumatlara görə, bu səbəbdən təlimlərdə müəyyən fasilə yaranıb.
Qeyd edək ki, Amerika təlimlərə 230 qırıcı ilə qatılıb. Bundan təşvişə düşən Seul Cənubi Koreya ilə sərhədə 6 ədəd F-22 qırıcısı qaldırıb.