Azərbaycanlı biznesmen Əlizadə Mustafayev sevgilisi ilə birlikdə Rusiyada cinayət törədib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, cütlük Sankt Peterburq şəhərinin Oktyabr rayonunda məktəbli avtobusunun sürücüsünə hücum ediblər.
Hadisə zamanı sürücü ağır xəsarətlər alıb. Olaya sürücülərin anlaşılmazlığı göstərilib.
44 yaşlı azərbaycanlı və onun sevgilisi axtarışa verilib. Sürücü isə xəstəxanaya aparılıb.