28 Dekabr 2017 21:10
1 919
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyada dəhşətli cinayətin üstü açılıb.

Teleqraf.com xəbər verir ki, Yaponiyada Yasutaka Kakimoto və xanımı Yukarinin qızları 16 yaşında olan zaman 3 kvadratlıq bir otağa qapayaraq onu hər şeydən izolyasiya ediblər. Nəticədə qızları donaraq vəfat edib.

Bu hadisədən sonra polis cütlüyü həbs edib.

Yasutaka Kakimoto və xanımı Yukarinin polisə verdikləri izahatda bildiriblər ki, qızları 16 yaşından etibarən beyin xəstəliyi keçirib və xəstəliyi getdikcə şiddətlənib. Bu səbəbdən də övladlarını otaqda qapalı saxlayıblar.

Qeyd edək ki, cütlüyün dönaraq ölən qızının 33 yaşı olub. Beləcə məlum olub ki, ailə 16 il müddətinə qızlarını kiçik bir otaqda saxlayıb.


Müəllif: Cavad

Oxşar xəbərlər