5 Yanvar 2018 16:02
1 379
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran hökuməti İnstaqram sosial şəbəkəsinə qoyulan qadağanı aradan qaldırıb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı “Mehr” agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Teleqram sosial şəbəkəsinə isə giriş hələ də mümkün deyil.

Qeyd edək ki, son günlər İranda hazırkı rejim əleyhinə aksiyalar keçirilir. Etiraz aksiyaları toqquşmalarla nəticələnib. Hadisələr zamanı azı 30 nəfər həlak olub, min nəfər həbs edilib. Ruhani rejimi ölkədəki informasiyaların yayılmasının qarşısını almaq üçün sosial şəbəkələrə girişi qadağan edib.


Müəllif: Samir

Oxşar xəbərlər