8 Yanvar 2018 13:03
1 088
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Nəsimi rayon Məhkəməsində xalq artisti Məleykə Əsədova və xalq artisti Ramiz Məlikin bir-birilərinə qarşı iddiaları üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com-un məlumatına görə, hakim Natavan Tağıyevanın sədrliyi ilə keçirilən prosesdə hər iki iddia rədd edilib. .

Məleykə Əsədovanın vəkili jurnalistlərə açıqlamasında bildirib ki, müvəkkili xüsusi ittiham qaydasında da məhkəməyə müraciət edəcək: "Həmçinin bu məhkəmə qərarından da apellyasiya şikayəti veriləcək".

Xatırladaq ki, Məleykə Əsədova şərəf və ləyaqətinin Ramiz Məlik tərəfindən təhqir edildiyini bildirib və bunun üçün Nəsimi rayon Məhkəməsinə müraciət edib. Məleykə Əsədova buna görə Ramiz Məlikdən 200 min manat təzminat tələb edir.

Ötən prosesdə Ramiz Məlik də qarşı tərəfi onu təhqir etməkdə təqsirləndirərək qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmiş və Məleykə Əsədovadan 300 min manat təzminat tələb etmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər