Türkiyənin paytaxtı Ankarada Altındağ qəsəbə sakini Faruk Y. atası Rafet Y. tərəfindən qətlə yetirilib.
Teleqraf.com xəbər verir ki, narkotik aludəçisi olan Faruk Y. atası ilə mübahisə edib. Mübahisə sonda qətllə nəticələnib. Ata oğlunu silahla 7 yerdən yaralayıb. Güllə səslərindən sonra qonşular polisə müraciət ediblər.
Həbs edilən ata ilkin ifadəsində bildirib ki, əgər o, oğlunu vurmasaydı, oğlu onu öldürəcəkdi.