Azərbaycan əsilli Rusiya vətəndaşı İradə Zeynalova Moldovaya buraxılmayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Moldova tərəfi məlumat yayıb.
Bildirilib ki, NTV telekanalının jurnalisti Moldovaya səfər səbəbini izah edə bilməyib:
“O, İstanbuldan Kişinyova uçub. Yoxlama zamanı qadın bəyan edib ki, onun rəsmi şəxslərlə görüşü nəzərdə tutulub. Ancaq bunu rəsmi şəkildə təsdiq edə bilmədi”.
İradə Zeynalovanın Rusiyaya deportasiya edildiyi bildirilib.
Qeyd edək ki, İradə Zeynalovanın atası azərbaycanlıdır.