AXCP sədrinin müşaviri Rəsul Mirhəşimli partiya sıralarını tərk edib. Bu barədə R.Mirhəşimli özünün “Facebook” profilində açıqlama yayıb.
Teleqraf.com xəbər verir ki, R.Mirhəşimli bu qərarını iyulun əvvəllərində verib və partiyadan çıxması ilə bağlı qərarını artıq AXCP rəhbərliyinə çatdırıb. Keçmiş AXCP-çi partiyadan çıxma səbəbi ilə bağlı geniş danışmaq istəməyib.
R.Mirhəşimli 1989-cu ildən bu təşkilatın üzvü olub. AXCP sədr aparatının əməkdaşı, partiyanın Ali Məclisinin üzvü olub, 2000-ci ildə keçirilən parlament seçkilərində partiyadan deputatlığa namizədliyi irəli sürülüb. R.Mirhəşimli Qarabağ uğrunda gedən döyüşlərin iştirakçısıdır.