Sakit okeanın cənubundakı Papua Yeni Qvineyada güclü zəlzələ baş verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, zəlzələnin gücü Rixter şkalası üzrə 7,5 bal olub.
Yeraltı təkanlardan sonra 5 baldan yuxarı 13 after şok qeydə alınıb.
Güclü zəlzələ nəticəsində çox sayda ev dağılıb, azı 4 nəfər ölüb, onlarla insan xəsarətlə xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, 1998-ci ildə burada baş vermiş 7 bal gücündə zəlzələ nəticəsində 2200 insan həlak olmuşdu.