Türkiyədə Təcili Tibbi Yardım həkimlərinə hücum olub.
Teleqraf.com xəbər verir ki, Adananın Kozan bölgəsində iti xəstəxanaya aparmadıqlarına görə Təcili Tibbi Yardım həkimləri döyülüblər.
Hadisə yerinə xeyli sayda polis əməkdaşları gəlib. Xəstəxanalıq olan həkimlər ilkin müayinədən sonra hadisə ilə bağlı polisə şikayət ərizəsi yazıblar. Həkimlərə bıçaqla hücum edən şəxslərin sərxoş olduğu deyilir.