9 Mart 2018 09:05
1 150
12 Punto 14 Punto 16 Punto 18 Punto

1 saylı Ruhi Əsəb Dispanserində ayrı-ayrı vaxtlarda 2 nəfər xəstəlikdən ölüb.

Report xəbər verir ki, hadisələr Maştağa qəsəbəsində yerləşən ruhi əsəb dispanserində baş verib.

Martın 5-də 1959-cu il təvəllüdlü Vladimir Aleksandroviç xəstəlikdən dünyasını dəyişib. Məlumata görə, o, uzun sürən xəstəlikdən əziyyət çəkirmiş.

Martın 7-də Füzuli rayon sakini, 1970-ci il təvəllüdlü Həsənova Təranə Feyruz qızı dünyasını dəyişib.

Hər iki şəxsin ölüm səbəbləri araşdırılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər