Azərbaycanın işğal olunmuş ərazilərində Böyük Britaniyanın “HALO Trust” təşkilatının əməkdaşları minaya düşüblər.
Teleqraf.com “News.am” saytına istinadla xəbər verir ki, bununla bağlı təşkilatdan məlumat verilib.
Hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb. Onların hamısının Ermənistan vətəndaşı olduğu bildirilib: “Hadisə Ağdarə rayonunda ərazinin minalardan təmizlənməsi əməliyyatı zamanı baş verib. “Niva” markalı avtomobilin partlaması nəticəsində əməkdaşlarımızdan 3-ü həlak olub, 2-si yaralanıb”.