ABŞ-da “Souzvest Airlines” hava yolları şirkətinə aid təyyarə Filadelfiya şəhər aeroportuna qəza enişi edib.
Teleqraf.com “CBS News” istinadən xəbər verir ki, sərnişin təyyarəsinin mühərriklərindən birində partlayış baş verib.
Göyərtəsində 143 sərnişin və beş ekipaj üzvünün olduğu təyyarənin Nyu-Yorkdan Dallasa uçduğu bildirilir. Təcili enişdən sonra sərnişinlər təyyarəni hava ilə doldurulmuş trap vasitəsi ilə tərk etməli olub.
Partlayışdan sonra ülliminatorlardan biri zədələnib və göyərtənin germetizasiyası pozulub.
İnsident nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilsə də, rəsmi açıqlama verilmir.