28 Aprel 2018 09:15
51 330
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nijni Taqildə (Rusiya) yaşayan radio həvəskarı, tədqiqatçı Valentin Deqteryev NASA tərəfindən hazırlanan Mars şəkillərini təhlil edərkən nəhəng qaynar bir göl görüb.

Teleqraf.com xəbər verir ki, diametri 2 kilometr olan böyük göl meteorit kraterində yerləşir və onun içində olan su daim qaynayır.

Deqteryevin fikrinə görə, bu göldə də su Yerdəki kimi maye haldadır:

"Göründüyü kimi, su mavi rəngdədir və davamlı olaraq qaynayır. Bununla da ondan çox miqdarda buxar ayrılır".

O, bu obyektin göl olmasının dəqiqləşdirmək üçün ekspertlərə müraciət edib.

Deqteryev, Marsdakı suyun varlığını mütəxəssislərin qəsdən gizlətdiyinə əmin olduğunu deyib.

Tədqiqatçı qeyd edir ki, Marsda suyun olması insanların xilası deməkdir:

“Əgər Yer üzündə fəlakət baş verərsə, insanlar Marsa gedə bilər. Bu tapıntının dəyəri çox böyükdür, çünki hələ Marsda belə bir şey tapılmamışdı. Bunu ilk görən mən oldum, qürur duyuram”, - Deqteryev bildirib.


Müəllif: Günay Əli