8 İyun 2018 09:22
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması və satışı hallarının qarşısının alınması məqsədilə növbəti reyd keçirilib.

Bu barədə Teleqraf.com-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Xaçmaz rayonu ərazisində keçirilən reyd zamanı Çinartala kəndi ərazisində Zeynəddin Daşdəmirova məxsus yeşik hazırlanan sexdə qanunsuz yolla əldə edilmiş 4,1 m3 həcmində fıstıq cinsli meşə materialı aşkar edilib.

Faktla bağlı sexin sahibi barəsində akt tərtib edilib və ona təbiətə dəyən 709 manat məbləğində ziyan tətbiq olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər