8 İyun 2018 12:23
1 083
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi Şamaxıda baş verən yol-nəqliyyat hadisəsi barədə məlumat yaydı.

Nazirlikdən Teleqraf.com-a bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şamaxı rayonunun Mirikənd kəndində “Mercedes” markalı minik avtomobili və “Ford” markalı mikroavtobus toqquşub. Qəza zamanı mikroavtobusda xəsarət alan 1 nəfər (sərnişin) köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri həmin şəxsi müvafiq qaydada mikroavtobusdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

***

11:59

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı 15 nəfər xəsarət alıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün saat 9:00 radələrində magistral yolun Şamaxının Mirikənd kəndi ərazisindən keçən hissəsində “Ford” markalı mikroavtobusun aşması nəticəsində Şəki sakinləri İbrahimxəlil Məmmədli, Süleyman Babayev, İlham Rzayev, Qurban Rəhimov, Qızılgül Səmədova, Toğrul Məmmədov, Yaqub Ömərov, Röyal Məmmədov, Bəsti Darçınova, İlham Abdulrəhmanov, Humay Ağabalayev, Xəyal Rüstəmov, Raidə Zamanova və hələ ki, adları məlum olmayan 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar təcili tibbi yardım stansiyasının 5 avtomobili ilə Şamaxı Diaqnostika Mərkəzi və rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

11:02

Şəki-Bakı marşrutu ilə sərnişin daşıyan mikroavtobus Şamaxı rayonu ərazisində qəzaya uğrayıb, yaralılar var.

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə rayonun Mirikənd ərazisində baş verib.

Şəkidən Bakıya sərnişin aparan "Ford" markalı mikroavtobus idarəetməni itirərək öncə "Mercedes" markalı avtomobillə çırpılıb, daha sonra yoldan çıxaraq aşıb. Qəza nəticəsində mikroavtobusda olanlardan 8 nəfər - 2 qadın 6 kişi müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblar.

Xəsarət alan Xəyal Rüstəmov əməliyyat olunub. Digər yaralılara tibbi yardım göstərilib.

"Mercedes" markalı avtomobildə olanlar isə yüngül xəsarət alıblar və xəstəxanaya müraciət etmədən yollarına davam ediblər.

Faktla bağlı araşdırma aparılır.


Müəllif:

Oxşar xəbərlər