12 İyun 2018 09:46
1 223
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siyəzən rayon Diaqnostika Mərkəzində doğuş zamanı dünyasını dəyişən Aytən Qasımovanın səhhətində problem olub.

Diaqnostika Mərkəzinin baş həkimi Dadaş Hümbətov Teleqraf.com-a açıqlamasında belə deyib:

“Qadında əvvəldən dərmanlara qarşı allergiya olub, bu onun xəstəlik kitabçasında da qeyd edilib. Uşağın ürək döyüntüsü yüksək olduğundan ana təcili qeysəriyyə əməliyyatına götürülüb. Əməliyyat uğurlu keçib. Ana doğuşdan sonra iki-üç saat palatada yatıb. Aytən Qasımova qəfildən nəfəs ala bilmədiyini deyib”.

Baş həkimin sözlərinə görə, Quba şəhəri Patoloji Anatomiya Birliyinin Ekspertiza şöbəsində ölümün səbəbləri araşdırılr: Səhiyyə Nazirliyinə, yerli inzibati orqanlara məlumat verilib. Ekspertizanın nəticələrindən sonra hadisədə həkim səhvinin olub-olmadığı məlum olacaq.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, doğuşda dünyasını dəyişən Aytən Qasımovanın ölüm səbəbləri Quba şəhəri Patoloji Anatomiya Birliyinin Ekspertiza şöbəsində araşdırılır. “Səhiyyə Nazirliyinin Doğuşayardım Komisyyası ölüm səbəbini araşdıracaq. Ölümün səbəbləri 15-20 gün ərzində məlum olacaq. Ölümün dəqiq səbəbləri haqda məlumat veriləcək”.

Qeyd edək ki, Siyəzən rayon sakini Aytən Möhübbət qızı Qasımova Siyəzən Regional Diaqnostika Mərkəzinin Doğum şöbəsində doğuş zamanı dünyasını dəyişib..

Yaxınlarının sözlərinə görə, ana tam sağlam olub, uşaq salamat doğulsa da, ana ölüb. Qadının bu uşaqdan başqa bir oğlu da var.

Faktla bağlı Siyəzən Prokurorluğunda araşdırma aparılır.


Müəllif: Elxan Süleymanov

Oxşar xəbərlər