Ermənistanın sabiq baş naziri Karen Karapetyan Serj Sarkisyanın sədri olduğu Respublikaçılar Partiyası sədrinin birinci müavini postunu tərk edərək istefa verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan parlamentinin vitse-spikeri, Respublikaçılar Partiyasının üzvü Eduard Şarmazanov xəbər verib.
Karapetyan aktiv siyasi fəaliyyətlə məşğul olmadığını əsas gətirərək istefa verdiyini bildirib.