Meksikanın Noqalas şəhərində piyada keçidindən keçməyən qızı avtomobilin vurması təhlükəsizlik kamerasına düşüb.
Teleqraf.com xəbər verir ki, hündür daban ayaqqabı geyinən Minerva qaçaraq yolu keçməyə çalışıb. Bu zaman gözlənilmədən ayağı sürüşən 22 yaşlı qız avtomobilin altına düşüb. Şahidlərin köməkliyi ilə qız xəstəxanaya yerləşdirilib. Onun sol ayaq və əlinin qırıldığı, sağ əlini zədələdiyi bildirilir.
Qeyd edək ki, hadisə baş verən ərazidən 50 metr məsafədə piyada keçidi olub.