22 İyul 2018 16:09
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün günorta saatlarında Salyan şəhərinin mərkəzində təcili yardım maşını qəzaya uğrayıb.

Teleqraf.com Publika.az-a istinadən məlumatına görə, "103" təcili yardım xidmətinə məxsus 90 JM 941 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomaşın çağırış yerindən qayıdarkən şəhərin Ə.Hüseynzadə və Ə.Hüseynov küçələrinin kəsişməsində Salyan rayonunun Arbatan kənd sakini, 26 yaşlı Röyal Rasim oğlu Babayevin idarə etdiyi 90 NJ 517 dövlət nömrə nişanlı "VAZ-2107" markalı minik maşını ilə toqquşub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan "07"nin sürücüsü Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.


Müəllif: Teleqraf.com