Çinin Sincan Uyğur bölgəsində zəlzələ baş verib.
Teleqraf.com xəbər verir ki, Çinin Seysmoloji Stansiyasının məlumatına görə, Qaşqar vilayəti yaxınlığında 5,5 bal gücündə təkanlar qeydə alınıb.
Zəlzələnin yerin 8 kilometrliyində baş verdiyi, ölən və yaralananların olmadığı açıqlanıb.